“Hakimiyyətdə Rusiyaya bağlı adamlar həddindən artıq çoxdur”

media-hightechnic-468x90

11884 (1)Millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədov  geniş müsahibə verib. Onunla söhbətin bir epizodunu oxuculara təqdim edirik. Geniş müsahibəni sabahadək hazırlayıb oxucularımıza təqdim edəcəyik:

“Mən bir neçə dəfə bu barədə fikir bildirmişəm və bəzilərinin də xoşuna gəlməyib. Azərbaycanın 23 illik müstəqilliyi dönəmində ən çox xeyir görənlər onun əleyhinə səs verənlərdi. Müstəqilliyə səs verənlər və SSRİ-nin saxlanılmasının əleyhinə səs verən insanlarınsa hansı vəziyyətdə olduğunu özünüz görürsünüz. Həmin 43 nəfərin hamısı ya bu dünyadan köçüb, ya da çətinlik içərisində yaşayırlar. Rəhmətlik Heydər Əliyev də həmin vaxt müstəqilliyimizə səs verən deputatlardan olub. Elə bu faktın özü stimul verməliydi ki, istiqlalçı deputatlara fərqli yanaşma sərgilənsin. Görünən odur ki, SSRİ-nin nostalgiyası tamamilə insanların dünyagörüşündən və canından çıxmayıb. “

“O nostalgiyanı necə yoxa çıxarmaq olar” sualına cavabında millət vəkili deyir ki, bunun üçün vaxt lazımdır ki, insanlar gerçəklikləri görə bilsinlər:

“Sizə deyim ki, bu nostalgiyanın qüvvətlənməsi üçün Rusiya ciddi canfəşanlıq edir və Ukraynada baş verənlər elə “qızım sənə deyirəm, gəlinim sən eşit” anlamına gəlməlidir. Xof da var, simpatiya da. Heç kimə sirr deyil ki, hakimiyyətin özündə də Rusiyaya bağlı adamlar həddindən artıq çoxdur. Bunların kimlər olduğunu təxminən bizlər də, sizlər də, bütövlükdə cəmiyyət də bilir. Amma mən bədbin deyiləm və hesab edirəm ki, müəyyən zamandan sonar bu məsələ də öz həllini tapacaq. Yeni nəsil yetişməkdədir və gənclər müstəqil Azərbaycanda doğulublar, onlar bu nostalgiyanı səhnədən silib atacaqlar.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600