“Halloween”i belə keçirdilər-Video

media-hightechnic-468x90

58882Amerika Birləşmiş Ştatlarında Halloween “Cadugərlər bayramı” böyük coşqu ilə qeyd edilib.

Həmin gün küçə və prospektlərində də əsl qələbəlik idi. İnsanlar müxtəlif rəngarəng libaslar geyinərək, müxtəlif obrazlarin maskalarını taxmaqla küçələrdə dolaşır, əylənirdilər. Libaslar arasında isə müxtəlif heyvanların, cizgi filmlərinin qəhramanlarından tutmuş ruhlara, skeletlərərə qədər bir çox obrazlara rast gəlmək olar. İnsanlar ən çox da müxtəlif qorxunc obrazların kostyumlarını geyinmişdilər. Maraqlı obrazlarla şəkil çəkdirmək istəyənlərdə kifayər qədər idi. Halloween-də insanlar gecə boyu küçələri dolaşdı və gecə klublarına gedib əyləndilər.

Halloween – təbriklər, hədiyyələr, məktublar, kostyumlar və ssenarilər bayramıdır. Dövrümüzə çatan ən qədim bayramlardan biri hesab olunur. Bu bayramın təxminən iki min yaşı var. Halloween öz populyarlığı ilə də fərqlənir. Xüsusi bayram ənənələri, kostyumlar, uşaqların qonaq edilməsi bu bayramı təkcə uşaqların yox, həmçinin böyüklərin də sevimlisinə çevirir. Bu bayramı uşaqlar xüsusuilə sevirlər. Halloween Novruz bayramına oxşarlığı da var. Uşaqlar boxçalarına qapı- qapı gəzərək, konfet, şirniyyat və meyvələr toplayırlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600