Haluk Kabaalioğlu: "Qarabağ azad oldu, indi iqtisadi sıçrayış vaxtıdır” - VİDEO
“Gülüstan sarayındakı o kədərli musiqidən Qarabağ Zəfərinə uzanan möhtəşəm yol…”
Bu sarsıdıcı və tarixi sözləri Yenicag.az-a özəl açıqlamasında İqtisadi İnkişaf Fondunun vitse-prezidenti Haluk Kabaalioğlu deyib.
Azərbaycana ilk dəfə 1993-cü ildə mərhum Turqut Özalın nümayəndə heyəti ilə gəldiyini xatırladan Kabaalioğlu, o dövrün ağır mənzərəsini belə təsvir edib:
“O zaman mərhum Əbülfəz Elçibəy hakimiyyətdə idi. Gülüstan sarayındakı naharda ölkədə matəm olduğu üçün heç bir musiqi çalınmırdı. Yalnız bircə mahnı Türk bayrağına hörməti ifadə edən o nəğmə ifa olundu. Həmin kədərli günlərdə hər kəs göz yaşları içində idi, o mahnını iki dəfə təkrar etdirdik”.
Bu gün Azərbaycanın tamamilə fərqli bir mərhələdə olduğunu vurğulayan vitse-prezident, qazanılan qələbənin iqtisadiyyata təsirindən danışıb:
“Nə qədər xoşbəxtik ki, bu gün Qarabağda erməni işğalına son qoyduq. İki qardaş ölkə arasındakı münasibətlər ən yüksək səviyyəyə çatıb. Hazırda nəhəng investisiyalar həyata keçirilir. Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyinin son dərəcə parlaq olduğunu görmək məmnunluq vericidir. İnşallah, bizi daha böyük uğurlar gözləyir”.
Ətraflı videomaterialda:
Sona Əliyeva
Səxavət Əliyev












