Hansı elektron xidmətlərdən daha çox istifadə edirik?

media-hightechnic-468x90

13801Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) avqust ayında “Elektron hökumət” portalı vasitəsi ilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi” xidməti avqust ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 489759 giriş olub.

Daha çox istifadə olunan elektron xidmətlərin daxil olduğu siyahıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” (272292), “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (216298) xidmətləri var.

Eyni zamanda müvafiq olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış” (65161), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39384), RYTN-in “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (13249) və digər qurumların xidmətlərinin adları var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600