Hansı məşhurlar əcnəbilərlə ailə qurub?-Fotolar

media-hightechnic-468x90

27733_ya5dzajor3Rusiya mətbuatı araşdırma apararaq, əcnəbi vətəndaşlarla ailə quran yerli məşhurların siyahısını tərtib edib.

Həmin tanınmışların adlarını təqdim edirik:

 

 

 

 

Ani Lorak – Rusiyanın sevilən ifaçısı türkiyəli iş adamı Murad Nalçacıoğlu ilə nikah masasına oturub. Cütlük 2005-ci ildə Antalyada tanış olub. 9 ildir ailəli olan Ani və Muradın bir qızı var.

 

Viktoriya Bonya – Aparıcı irlandiyalı milyarderin oğlu Aleks Smertfi ilə ailə qurub və Monakoda yaşayır. Smertfi, atasının etirazına baxmayaraq, rusiyalı aparıcı ilə evlənib.

Aparıcı Anfisa Çexova – gürcü aktyor Quram Bablişvili ilə birlikdədir. Cütlüyün Solomona adlı bir oğlu var. Onlar hələ də rəsmi nikah bağlamayıblar.

Natalya Vodyanova – fransız milyarder Antuan Arno ilə nikah masasına oturub. Dörd ay əvvəl isə cütlüyün oğlu dünyaya gəlib. Onlar övladına Maksim adını qoyublar.

Opera ifaçısı Anna Netrebko azərbaycanlı tenor Yusif Eyvazovla birlikdə olduğunu açıqlayıb. Hazırda cütlük nişanlıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600