Hansı müsavatçı Vurğun Əyyubdan Hərəkat dövrünün qisasını aldı?

media-hightechnic-468x90

musavat logo esas fbn4Vurğun Əyyubun partiyadan çıxarılmasında kim maraqlı olub? Ellada Məmmədli: “Təbii ki, bu birmənalı olaraq rəhbərliyin sifarişidir” Xəbər verildiyi kimi, uzun illər Müsavat Partiyasında rəhbər postlarda çalışmış Vurğun Əyyub partiya sıralarından xaric edilib. Belə bir addım V. Əyyubun üzvü olduğu Binəqədi rayon təşkilatının 8-ci özəyi tərəfindən atılıb. Amma aydın məsələdir ki, burada partiya strukturunda olan yuxarıların sifarişi vardır. Görəsən, V. Əyyubun Müsavatdan bu şəkildə çıxarılması kimi təşəbbüsüdür?

Yenicag.az-a açıqlamasında Müsavat Qadınlar Təşkilatının sədri, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin müavini Ellada Məmmədli əminliklə bildirdi ki, V. Əyyubun istefaya göndərilməsi yuxarının sifarışi əsasında baş verib: “Bu sifariş əsasında verilən qərardır. Hərəkat boyu Arif Hacılının daimi olaraq Vurğun Əyyuba böyük bir qısqanclığı olub və bu zaman-zaman özünü hardasa büruzə verib. Bu məsələ ilə əlaqədar olaraq, 13 nəfər özək üzvlərinin ancaq 4-ü yığılaraq, V. Əyyubla bağlı belə bir qərar veriblər. Çünki, özəkdə belə digərləri daim bu qərarın əleyhinə olub. Təbii ki, bu birmənalı olaraq rəhbərliyin sifarişidir. Bunu demək ki, şəxsən Arif Hacılı etdi, ya İsa Qəmbər, bir medalın iki üzü olan adamlar özləri bilirlər nə edir, etmirlər. Zənnimcə, Müsavatı artıq həqiqətən səhmdar cəmiyyətə döndəriblər”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600