Hansı nazirliklər “Asan Xidmət”ə birləşdirilə bilər?

media-hightechnic-468x90

772386Rəşad Həsənov: “Dövlət Gömrük Komitəsinin səlahiyyətlərini Vergilər Nazirliyi ilə Asan Xidmət arasında paylaşdırmaq olar”

Azərbaycanda hazırda bir sıra nazirlik və komitələr var ki, bir-birinin fəaliyyətini demək olar ki, təkrarlayırlar. Bununla da onlar işin keyfiyyətli görülməsinə əngəl olurlar. Bu sahədə problemin olmaması üçün ekspertlər bəzi nazirlik və komitələrin ləğv edilməsini təklif edir.

İqtisadçı ekspert Rəşad Həsənov Yenicag.az-a açıqlamasında Gömrük Komitəsinin ləğv edilməli olduğunu söylədi: “Azərbaycanda dövlət qurumları həqiqətən də kifayət qədər artıqdır. Dünya təcrübəsi onu göstərir ki, Azərbaycan kimi ölkədə indiki şərtlər daxilində hazırda mövcud olan strukturların sayını yarıya qədər azaltmaq olar. Təxminən 43 dövlət qurumu mövcuddur ki, onu da 22-23-ə endirməklə operativ və çevik idarəetmə sistemini qurmaq mümkündür. Son dövrlər bu istiqamətdə müəyyən addımlar atılır. Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi buna yönəlik addımdır. Bir çox mütəxəssislər hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin səlahiyyərtlərini birləşdirmək və eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paylaşdırmaqla məsələni həll etmək olar. Azərbaycanda çox saylı komitələr var. Asan xidmət yaranandan sonra dövlət qurumları səlahiyyətlərinin bir çoxu “Asan xidmət” tərəfindən icra edilir. Təcrübə də onu deməyə əsas verir ki, “Asan xidmət”in göstərdiyi xidmət keyfiyyat və operativlik baxımından digər dövlət qurumlarından daha üstündür. Belə olduğu təqdirdə komitələrin çoxunun səlahiyyətləri “Asan xidmət” tərəfindən həyata keçirilirsə, bu nazirliklərin səlahiyyətlərini birləşdirməklə dövlət strukturlarında müəyyən islahatlar aparmaq olar. Məsələn, Dövlət Gömrük Komitəsinin səlahiyyətlərini Vergilər Nazirliyi ilə Asan Xidmət arasında paylaşdırmaq olar. Melorasiya Komitəsini də ləğv etmək olar. Belə islahatlar hazırda Azərbaycan üçün daha önəmlidir. Hazırda dövlətin neft gəlirlərinin azalması ilə bağlı hökumət büdcənin formalaşmasında müəyyən çətinlik çəkir. Belə dövrdə hökumətin maliyyə yükünün azaldırlması prioritet məsələdir”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600