!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havalar soyudu - İstilik bərpa edilə bilər?

!Reklam – Yazi

Ölkə ərazisində havaların soyuması ilə istilik mövsümünün uzadılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, bir müddət əvvəl Azəristiliktəchizat ASC istilik mövsümünün 1 ay uzadılması – yəni 1 noyabrdan 1 maya qədər davam etməsini təklif etmişdi.

Yenicag.az xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı Axar.az-a açıqlama verib.

O, bu təklifin bir müddət öncə irəli sürüldüyünü deyib: “Biz də Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə araşdırmaların aparılması ilə bağlı müraciətlər etmişik. İistilik mövsümünün vaxtının dəyişdirilməsi asan proses deyil və əlavə enerji resursları, işçi heyəti və maliyyə vəsaitləri tələb edir. Hazırda bu məsələ müzakirə mərhələsindədir. Söhbət elə bir mexanizmdən gedir ki, mövsümün başlanması və bitməsi hansısa bir tarixlərə yox, havanın temperaturundan asılı olaraq müəyyən edilsin”.

O qeyd edib ki, razılıq olsa belə, bu, növbəti mövsümdən tətbiq olunacaq:

“Hazırkı istilik mövsümü 15 apreldə başa çatıb və onun uzadılması müzakirə edilmir”.

COP29

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv