“Heç kimi izləmirik”

media-hightechnic-468x90

78322Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti mediada idarədə izləmə və ya gizli müşahidə ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Bəzi saytlarda QMİ ilə bağlı yayılan provokativ xarakterli İdarənin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır. Qafqaz Müsəlmanları İdarəsi və onun yerləşdiyi Təzəpir məscid kompleksi protokol məkanlar sırasına daxildir. QMİ sədri Şeyxülislam dövlət tərəfindən qanuna uyğun olaraq mühafizə olunan şəxsdir, mühafizə xidməti ilə təmin edilmiş ictimai xadimdir. Bu baxımdan, İdarənin və onun rəhbərinin mühafizəsi, habelə Kompleksin təhlükəsizliyinin qorunması məqsədilə dini mərkəzin binası uzun illərdir ki təhlükəsizlik kameraları ilə təchiz olunub. Həmçinin, məscidlər, kütləvi tədbirlərin keçirildiyi məkan olduğundan bu yerlərdə təhlükəsizlik kameraların quraşdırılması zəruridir.

İdarə daxilində hər hansı izləmə və ya gizli müşahidə ilə bağlı informasiyalar həqiqətə uyğun deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600