Həcdə ölənlər arasında azərbaycanlılar var?

media-hightechnic-468x90

Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktı qeydə alınmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

“Ölüm faktı qeydə alınmayıb. Bu il digər ölkələrdən Həccə qeyri-qanuni gələnlərin sayı çox olduğu üçün, ölüm halları çoxalıb”, – şöbə müdiri deyib.

Qeyd edilib ki, zəvvarlar namaz qılmaq, dualar etmək üçün Kəbəyə gedib-gəlirlər:

“Hazırda zəvvarlarımız Məkkədə hotellərdə qalmaqdadırlar, bir neçə gündən sonra fasilələrlə qruplar və qafilələr şəklində Mədinə şəhərinə yola düşəcəklər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600