!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkimlərin yazdığı “pul tələsi" reseptlər – Effektsiz dərmanlar AÇIQLANDI

!Reklam – Yazi

Rusiyanın tanınmış həkimlərindən biri Aleksandr Myasnikov hər 10 həkimdən 7-sinin xəstələrin reseptinə müntəzəm olaraq, az qala hər gün yazdıqları “boş”, pul tələsi, xəstəyə faydası olmayan dərmanları açıqlayıb.

Yenicag.az xəbər verir ki, boş dərmanlar siyahısında nootroplar, fermentlər, immunmodulyatorlar, vitaminlər, qida əlavələri – BAD-lar, damar möhkəmləndirici dərmanlar, hepatoprotektorlar, probiotiklər, prebiotiklər, bitki qarışımları və s.-dir.

Bu kateroqoriyada olan dərmanlar təyinatı üzrə heç bir effekt vermir. Əgər ziyan vermirsə, yazım prinsipi ilə yazılır.

Hətta bəzi həkimlər heç farmakoloji kompaniyalarla işbirliyi olmadan da bunları yazır. Bu sadəcə vərdiş və başqa həkimlərin yazmasını eşidib digərlərindən geri qalmamaq üçün atılan addımdır.

Myasnikov xəstənin həkimdən reseptə yazdığı dərmanlar barədə ətraflı məlumat almaq hüququnun olduğunu bildirib: “Xəstə utanmamalıdır, hətta dərmanın effektivliyinin elmi baxımdan sübut olunub-olunmamasını araşdırmalıdır”./Medicina/

www.yenicag.az

2594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv