Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Həmkəndlisini bıçaqladı - İsmayıllı sakini

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Qubaxəlilli kəndində olub.

Kənd sakini, 1989-cu il təvəllüdlü Kərimov Ramil Tofiq oğlu həmkəndlisi 1991-ci il təvəllüdlü Şirəlibəyli İsmayıl Fikrət oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R.Kərimov üzərində gəzdirdiyi bıçaqla İ.Şirəlibəylini bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Kərimov tutularaq istintaqa təhvil verilib.

www.yenicag.az

975
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS