Astarada Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Astara rayon sakini olan bir qadın DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında onun Rusiya Federasiyasında yaşayan oğlu C.Hüseynova məxsus Kakalos kəndində yerləşən evdən 1 ədəd 600 manat dəyərində “Samsung” markalı televizor, çamadanı ilə birlikdə 1 ədəd “Hitachi” markalı videokamera, 300 manat dəyərində kabel, 1 ədəd internet modemi oğurlanıb. Astara RPŞ-nin əməkdaşlarının keçirdiklləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını rayonun Kakalos kənd sakini Əbdül Mirzəyevin törətdiyi müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladığı məişət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az