Həmrəylik günü Moskvada qeyd edildi-Fotolar

media-hightechnic-468x90

1419340685_uhx-7u5uuqqMoskvada Azərbaycan diasporu əsası 16 dekabr 1991 ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd etdi.

Bayram şənliyi Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondu və Azərbaycan Slavyan gənclər Assosiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiliyinin nümayəndəsi Akşin Əliyev tədbir təşkilatçılarını və qonaqları həmrəylik günü münasibəti ilə təbrik etdi “Hər bir azərbaycanlı dövlətinə, millətinə bağlı olmalı, bir bayraq altında birləşməlidir” deyərək diplomat nitqini yekunlaşdırdı.

Fondun sədri Şamil Tağıyev təşkilatın il ərzində gördüyü işlərdən məlumat verərək, bu bayramda azərbaycanlıların bir olmasına toxundu.“ 3 İl ərzində fond ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Həmrəylik Bayramının amalına xidmət edir. Soydaşlarımızı birləşdirmək və onlara dəstək vermək çalışı”

Toğrul Allahverdiyev isə Azərbaycan Slavyan Gənclər Assosiyası olaraq Moskvada fəaliyyət göstərən ictimai təşkilatların həmrəyliyinə toxundu. Ümumrusiya Azərbaycan Konqresinin, Leyla Əliyevanın sədrilik etdiyi Rusiya Azərbaycan Gənclər təşkilatının bu funksiyanın layiqincə öhdəsindən gəldiyini vurğuladı.

Tədbir Azərbaycan dövlətçiliyindən, tarixindən, ədəbiyyatından, mədəniyyətindən hazırlanmış suallarala davam etdirildi. Belə ki, intelektual oyunda düzgün cavab verən tələbələrə qiymətli hədiyyələr təqdim olundu. Əsas müakfat isə Azərbaycana avia bilətlər oldu.

Tədbir dispor üzvlərinin çıxışları ilə davam etdirildi. Afaq Şıxlı, Əşrəf Hüseyinli, Sultan Mərzli, Nəsib Nəbioğlu vətən haqqında şerlərinin səsləndirərək, gəncləri təbrik etdilər. İş adamı Qalib Məmmədov isə azərbaycanlılarının vacibliyinə toxunaraq, özünün həmişə gənclərə yardım edəcəyini qeyd etdi.

Tədbirin maraqlı məqamlarından biri də Azərbaycan Slavyan Gənclər Assosiyasının Rusiya nümayəndəliyi tərəfindən Azərbaycan mədəniyyətinin təbliğinə görə Hüsniyyə Abbasova, Maxnur Səfiyeva, Səbinə Rəhimova və Binnət Bünyatov təltif edildi.

Bayram şənliyində, həmçinin, Azərbaycan Respublikasının prezidenti İlahm Əliyevin doğum günü münasibəti ilə tort da kəsildi.

Tədbir Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondunun üzvlərinin müsiqili nömrələri ilə davam etdirildi

Tədbirdə Ümumrusiya Azərbaycan Kongresinin icraçı direktoru İlqar Haciyev və digər təşkilatların və digər və digər millətlərin diaspor nümayəndələri iştirak etdilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600