!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həmsədrlər bəyanat yaydı

!Reklam – Yazi

bf5816b7a91703a8a15eb25a9c17048fATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) 26-28 oktyabr tarixlərində regiona səfərlərinin yekununa dair bəyanat yayıb.

Bəyanatda deyilir: `Biz səfər zamanı Azərbaycan və Ermənistanın prezidentləri və xarici işlər nazirləri ilə görüşdük. Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik. Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözləyirik.

Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsinə razılıqlarını təsdiqləyiblər`.

Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşdüyünü vurğulayan həmsədrlər sülh prosesinin mühüm bir hissəsi kimi tərəflər arasında dialoqun vacibliyini bildiriblər: “ Eyni zamanda münaqişə baş verən zamanı itkin düşmüş şəxslər haqqında humanitar tədbirin görülməsi və məlumat mübadiləsinin həyata keçirilməsi də müzakirə mövzusu olub”.

Həmsədrlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də qoşunların təmas xəttində monitorinq zamanı atəşkəsin pozulmasının yolverilməz olduğunu və danışıqlar prossesinə zərbə vurduğunu qeyd ediblər(Azvision).

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv