Həmsədrlər Ermənistan prezidenti və XİN rəhbəri ilə görüşəcək

media-hightechnic-468x90

hemsedrlerATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Ermənistana səfər edərək bu ölkənin prezidenti Serj Sarkisyan və xarici işlər naziri Eduard Nalbandyanla görüşəcək.

Həmsədrlərin həmçinin, Xankəndinə də səfər etməsi gözlənilir. Qeyd edək ki, dünən həmsədrlər Bakıda səfərdə olub.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi funksiyasını yerinə yetirən həmsədrlər fevralın 11-də Finlandiyaya səfər edib. Finlandiya da Minsk qrupunun üzvüdür və həmsədrlər Helsinkidə danışıqlar aparıb.

“Mən Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Finlandiyanın XİN rəhbəri və digərləri ilə görüşməkdən şad oldum. Finlandiya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir” – deyə amerikalı həmsədr Ceyms Uorlik bildirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600