“Həmsədrlərin sərsəm açıqlamasından dolayı, …”

media-hightechnic-468x90

HEMSEDRLER SEHFINI“ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu olaraq verdikləri yanlış bəyanatı düzəltməlidirlər”.

media-banner_tkm

Belə bir açıqlama ilə çıxış edən politoloq Ramiz Alıyev deyib ki, əks halda bu yanlışlıq Ermənistan üçün əlavə fürsətlər yaradacaq: “Həmsədrlər gözəl bilirlər ki, Dağlıq Qarabağ separatçıların nəzarəti altındadır və həmin ərazilər ermənilər tərəfindən işğala məruz qalıb. Bunu bildikləri halda separatçı rejimi de-fakto hakimiyyət kimi tanımaq beynəlxalq hüquq və normalara, eləcə ATƏT-in prinsiplərinə ziddir. Bununla ATƏT-in Minsk Qrupu ermənipərəsət mövqe nümayiş etdirdiyini ortaya qoymuş olur”. Politoloqun sözlərinə görə, həmsədrlərin bu bəyanatı mənfi presidentin əsasını qoyur: “Sabah bir başqa beynəlxalq təşkilat da həmsədrlərin sərsəm açıqlamasından dolayı separatçı rejimi de-fakto hakimiyyət kimi qiymətləndirə bilər. Hesab edirəm ki, həmsədrlər nə qədər gec deyil bu səhvi aradan qaldırmalıdırlar”(olaylar).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05