Həqiqəti öyrəndi, həyatı alt-üst oldu
Yenicag.az xəbər verir ki, Türkiyədə yaşayan Ferhat Kılıç adlı gənc 1 il əvvəl diş ağrısı şikayətiylə getdiyi xəstəxanada aldığı xəbərdən dəhşətə gəldi.
İki böyrəyinin də funksiyasını itirdiyini öyrənən 19 yaşlı gəncin həyatı alt-üst oldu.
8 uşaqlı Kılıç ailəsinin üzvü olan Ferhat, diş ağrısından əziyyət çəkirdi. Yollandığı xəstəxanaların birində böyrəklərində problem olduğunu öyrəndi və müalicə almağa başlayıb. Lakin, müalicəsi bir nəticə vermədiyinnən o, tibb universitetinin xəstəxanasına yerləşdirilib. Bundan sonra ona tək çarənin böyrək nəqli olduğu deyilib.
Çarəsiz qalan ailə indi köməksevər və dövlət səlahiyyətlilərindən gələcək müjdəli xəbər gözləyir.