!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər gün yüzlərlə satılan dəvə qutabı nə ətindən hazırlanır? - VİDEO

!Reklam – Yazi

Azərbaycan mətbəxinin əvəzolunmaz dadı sayılan dəvə qutabına müxtəlif yerlərində rast gəlmək mümkündür. Əsasən “corat qutabı” kimi tanınan təam müxtəlif qiymətlərlə alıcılara təklif edilir.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, lakin onun dəvə ətindən hazırlanmadığına dair iddialar da var.

Restoranlarda dəvə qutabı adı ilə verilən qida müzakirələrə səbəb olub.

”Corat Qutabı” kimi də tanınan bu qida, həqiqətən, dəvə ətindən hazırlanır?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Abşeron şöbəsindən “Xəzər Xəbər”ə bildirildi ki, dəvə kəsimi ilə bağlı onlarda hələki heç bir məlumat yoxdur. Ola bilsin ki, dəvələr şəxsi təsərrüfatlarda kəsilir.

Qida Təhlükəsizliyi Agentliyindən isə qeyd edildi ki, iri və xırdabuynuzlu heyvanların kəsimi baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizası aparılan heyvan kəsimi məntəqələrində həyata keçirilməlidir. Sahibkarlıq subyektləri kəsimi həyata keçirərkən həmin heyvana dair sağlamlıq arayışını da təqdim etməlidirlər.

Daha ətraflı videoda:

COP29

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv