“Hər iki tərəf yaxınlaşan savaşa hazırlaşdığını büruzə verir” – Cənubi Qafqaza da TƏSİR EDƏCƏK

media-hightechnic-468x90

“ABŞ və İran onları gözləyən müharibəyə hazırlaşırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

O, Tramp-Netanyahu görüşünü şərh edərək Yaxın Şərqdə vəziyyətin müharibəyə kökləndiyini ehtimal edib:

“Hazırda Yaxın Şərq məsələsi ABŞ-nin əsas hədəfləri sırasına daxildir. Xüsusilə də İranla bağlı problemlərin həlli Ağ Evdə diqqət mərkəzindədir. Təbii ki, bu məsələdə İsrailin ABŞ ilə olan yaxın münasibətləri də xüsusi yer tutur. İrana qarşı başladılmış hərbi, siyasi kampaniyada ABŞ İsraillə yan-yana hərəkət edir. Hətta İsraildən verilən açıqlamalarda da İsrailin artıq müharibəyə hazırlıq prosesini yekunlaşdırdığı bildirilir. Eyni zamanda, ABŞ də İranla məsələni yaxın aylarda sona çatdırmaq qərarı verdiyini büruzə verir. Belə görünür ki, İranın ətrafında situasiya həddindən artıq qəlizləşə və hansısa addımlar atıla bilər”.

Politoloq xəbərdarlıq edir ki, ABŞ-İran müharibəsi başlayarsa, bu İrana qonşu dövlətlərə, o cümlədən Cənubi Qafqaza ciddi təsir göstərəcək:

“Tramp administrasiyasının əsas tələbi odur ki, ən qısa zamanda İran özünün proqramından imtina etməlidir. Bunun baş verməyəcəyi təqdirdə Tramp İranı müharibə ilə təhdid edir. Bu, olduqca, təhlükəli ehtimaldır. Çünki, ABŞ İranla müharibəyə başlayacağı təqdirdə, İranın ətrafındakı bütün regionlarda ciddi problemlər yaranacaq. Bu problemlərdən Cənubi Qafqaz da kənarda qalmayacaq. Ona görə də hər iki tərəfin savaşdan yayınması üçün doğru addımlar atması olduqca vacib irəliləyiş ola bilər. Təəssüf ki, bu, hələ ki gedişatdan müşahidə olunmur. Hər iki tərəf yaxınlaşan savaşa hazırlaşdığını qabarıq şəkildə büruzə verir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600