Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək “Layiqli Tərəfdaş 2018” (Noble Partner 2018) çoxmillətli təlimində iştirak edəcəklər.
Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, təlimin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir.
Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.
www.yenicag.az