Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hərbçilərin döyüş hazırlığının keçirilməsi ilə yanaşı, sosial təminatı da həyata keçirilir” - Deputat

“Döyüş şəraitinə uyğun təlimlər hərbi qulluqçuların praktiki hazırlığını artırır və döyüş qabiliyyətini yüksəldir”.

Yenicag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, hazırda Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunub və təlimlərdə müasir texnikalardan istifadə qaydası öyrədilir:

“Təlimlərdə yüksək rütbəli zabitlər və hərbi təhsil müəssisələrinin məzunları iştirak edirlər. Hərbçilərimiz yüksək səviyyədə keçirilən təlimlərdə iştirak edərək döyüş hazırlıqlarını inkişaf etdirirlər. Bu gün Azərbaycan Ordusunun döyüş ruhu və qabiliyyəti imkan verir ki, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa edək. Orduda müxtəlif silsilə təlimlərin keçirilməsi, eyni zamanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi hissələrin təmir olunması, yeni hərbi hissələrin tikilməsi bu istiqamətdə görülən böyük işlərin tərkib hissəsidir”.

A. Mollazadənin sözlərinə görə, Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılır:

“Bu gün əsas məsələlərdən biri hərbçilərin sosial problemlərinin həllidir və buna görə də onların mənzillərlə təmin olunması, təqaüd almaları üçün dövlətin bütün imkanlarından istifadə olunur”.

www.yenicag.az

256