!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi polisin sabiq rəisindən ÇAĞIRIŞ: "Müdafiə Nazirliyi hərəkətə keçməlidir"

!Reklam – Yazi

“Azərbaycan ordusu xüsusi əhəmiyyət kəsb edən yüksəklikləri, ordumuzun əsgərləri üçün təhülükə törədə biləcək istiqamətlərdə əməliyyat keçirib o əraziləri nəzarətimizə götürməliyik”.

Bu fikirləri Qarabağda baş verən hadisələri dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan ordusu təxribata artıqlaması ilə cavab verməlidir:

“Rusiya sülhməramlıları 10 noyabr bəyanatının 4-cü bəndini yerinə yetirmir. Hesab edirəm ki, gərginliklər onların erməni tərəfinə dəstəyi ilə baş verir. Müdafiə Nazirliyi şəhidimizin qisasını almalıdır. Xarici İşlər Nazirliyi isə, öz növbəsində, bəyanat verdi.

Müdafiə Nazirliyi xüsusi əməliyyat keçirməlidir. Əgər sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlərsə, müvəqqəti xidmət apardıqları ərazidə xidməti düzgün təşkil etmirlərsə, Müdafiə Nazirliyi qeyri-qanuni silahlılara, terrorçulara qarşı əməliyyat keçirib, 10 qat heyfini çıxmalıdır. Bundan əlavə, qanunlarımızı həmin təhlükəli yerlərdə bərpa etməlidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1219
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv