Hərbi Prokurorluq özünü güllələyən hərbçi ilə bağlı məlumat yaydı

media-hightechnic-468x90

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Şamxalov Ülvi İlyas oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Lənkəran Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Azərbaycan Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Lənkəran hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hazırda Lənkəran hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa