Hərbi təyyarə otelin üzərinə düşdü
İndoneziyada ölkənin Hərbi-Hava Qüvvələrinin nəqliyyat təyyarəsi Medan şəhərində qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, təyyarənin otelin üzərinə düşməsi nəticəsində ən azı 30 nəfərin həlak olduğu güman edilir.
Təyyarə Şimali Sumatra vilayətindəki Medan şəhərindən Bunquran adasına uçurmuş. Qəza təyyarə səmaya qalxandan bir neçə dəqiqə sonra baş verib.