Həyat yoldaşı və 2 uşağı itkin düşdü
Bakı sakini ailəsinin itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, Bakı şəhər sakini, Rafiq Əliağa oğlu Tahirov polisə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı Alidə Tahirova və övladları 3 yaşlı Natiq və 2 yaşlı Nahid fevralın 14-də yaşadıqları Mikayıl Müşfiq küçəsi 25 A ünvanından Lənkəran rayonuna getmək adı ilə çıxıb və getdiyi ünvana çatmayıb.
Hazırda polisə daxil olan ərizə əsasında araşdırma aparılır.