Xalq artisti, tanınmış muğam ifaçısı Səkinə İsmayılova reallaşmayan arzusunu dilə gətirib.
Yenicag.az xəbər verir ki, xanəndə xanım, illər öncə filmə dəvət aldığını, amma həyat yoldaşının buna icazə vermədiyini bildirib:
“O vaxt Opera Teatrında Leylini oynayırdım, orada məni görüb filmə dəvət etdilər. Rejissor dedi ki, gəlsin, sınaq çəkilişinə yoxlayaq; “Nizami” filmində Afaq roluna. Həyat yoldaşım icazə vermədi. Opera Teatrının direktoru Azər müəllim dedi ki, mən yoldaşınla danışaram. Çağırdı, danışdı, amma xeyri olmadı. Dedi, icazə vermişəm teatra gəlmisən, filmə çəkilmə, filmin öz aktyorları var. Bilmirəm, düz etdi, ya nə, amma istərdim filmə çəkilim. Düzdür, bir neçə filmdə səsim var, amma görüntüm yoxdur”.
Cəvahir
www.yenicag.az