!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həyatını 250 min dollara sığorta etdirən qadını əri öldürdü

!Reklam – Yazi

ABŞ-da həyatını 250 min dollara sığorta etdirən qadın cəmi 2 gün sonra güllələnib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında həyatını 250 min dollara sığorta etdirən qadın əri tərəfindən başından güllələnərək qətlə yetirilib.

Məlumata görə, bir neçə gün əvvəl 41 yaşlı Kristofer Kollinz polisə zəng vuraraq həyat yoldaşı Yuanxua Lyanın ona yazdığı SMS-də evə yad şəxsin girdiyini xəbər verib. Mesajdan sonra isə qadınla rabitə kəsilib.

Çağırış əsasında həmin ünvana gələn polislər mənzildə başından güllələnən Lyanın üzündə yuxu maskası və başında paket olan cəsədini aşkarlayıblar.

Axtarış zamanı evdən Lyanın cəmi 2 gün əvvəl həyatını 250 min dollar məbləğində sığorta etdirməsi haqda sənəd də aşkar edilib.

Qətllə bağlı əsas şübhələr Kollinzə yönəlib və o məhkəmə araşdırmasına cəlb olunub.

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv