Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək

media-hightechnic-468x90

Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda – yeddi milyondan çox sərnişin daşıyıb. Nazirlik (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – red.) tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa edilsin. Mən də öz dəstəyimi verdim.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Dövlətimizin başçısı bildirib: “İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik”.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05