Heydər Əliyev mirası və ZƏFƏR YOLU: "Ulu Öndərin bütün arzuları reallaşır"

media-hightechnic-468x90

“Azərbaycanın hazırkı uğurları Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

media-img_1627

Deputat Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə onun həyat və fəaliyyəti haqqında öz düşüncələrini qələmə alıb:

“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın banisi və qurucusudur. Bugünkü Azərbaycan birbaşa olaraq Ulu Öndərin adı ilə bağlıdır. Əgər Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtmasaydı, biz nə müstəqil Azərbaycandan, nə də Azərbaycanın hazırkı uğurlarından danışa bilməzdik. Xüsusilə də, 90-cı illərin əvvəllərində “20 Yanvar” faciəsinin törədilməsi, daha sonra müstəqilliyimiz bərpa edildikdən sonra AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi nəticəsində Azərbaycan çox çətin, çıxılmaz duruma düşmüşdü və Azərbaycan tamamilə müstəqilliyini itirmək, eləcə də tarixdən silinmək təhlükəsi ilə üzbəüz qalmışdı. Həm Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Şuşa, Laçın kimi rayonlarının işğal olunması, bunun davamı olaraq Gəncədə qardaş qırğınının baş verməsi dediyimiz fikirlərin daha bir sübutu idi və Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə Azərbaycana qayıtdı və həm Gəncədəki qardaş qırğınının qarşısını aldı, Ali Sovetin rəhbəri seçilərək prezident səlahiyyətlərini idarə etməyə başladı. Oktyabr ayının 3-də Azərbaycan Respublikasının prezidenti seçildi. Məhz Ulu Öndərin həmin dövrdə atdığı çox vacib və önəmli addımlar sayəsində Azərbaycanın tamamilə dağıdılmış iqtisadiyyatının yenidən qurulması üçün vacib həll yolları ortaya qoyuldu. 1994-cü ildə atəşkəs elan olundu, daha sonra “Əsrin Müqaviləsi” imzalandı, hansı ki, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün bu, çox önəmli idi və gələcək iqtisadi irəliləmələrin əldə olunması birbaşa bununla əlaqəli idi. Eyni zamanda torpaq islahatları həyata keçirildi, qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi, Azərbaycanın dövlət idarəetməsində çox böyük islahatlar həyata keçirildi. Daha sonra onun zəhməti ilə konstitusiyamız qəbul edildi, yeni parlament seçildi və Azərbaycan yeni çağırışlara cavab verə biləcək şəkildə inkişaf etdirildi.

Deputat Heydər Əliyevin vəfatından sonra onun yarımçıq qalan arzularının hazırkı Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini xüsusi vurğulayıb:

“Bir sözlə, Ulu Öndər Heydər Əliyevin məhz həmin dövrdə hakimiyyətə qayıtması, Azərbaycanın gələcək inkişaf strategiyasının təməlini qoyması nəticə etibarilə sonrakı dövrdə də Cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi bizi bugünkü uğur və zəfərlərə gətirib çıxardı. Çox təəssüflər olsun ki, Ulu Öndərin səhhəti imkan vermədi ki, o, öz arzularını, istəklərini reallaşdıra bilsin, amma onun vəsiyyəti və bütün istəkləri Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən həyata keçirildi. Bu gün Qarabağımız azaddır, Şərqi Zəngəzur azaddır. Quruculuq, abadlıq işləri həyata keçirilir. Azərbaycan regionun ən öndə gedən dövlətlərindən birinə çevrilib. Regionun əsas aparıcı gücüdür və bu gün Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilmir və beynəlxalq güclər də Azərbaycanın yaratdığı bu reallığı qəbul edirlər. Şükürlər olsun ki, Azərbaycan əldə etdiyi bu gücü sülhə çevirə bilir və sülh yolunda böyük addımlar atılıb, regionumuza uzunmüddətli, dayanıqlı sülh gəlməsini də məhz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev təmin edəcəkdir.”

N. Həmzəyev Ulu Öndər Heydər Əliyevin cismən olmasa da, ruhən Azərbaycan xalqının qəlbində hər zaman yaşayacağını qeyd edib:

“Ulu Öndərin ruhu şaddır. Çünki, onun bütün arzuları, istəkləri reallaşır. Allah Ulu Öndərə rəhmət etsin. O cismən bizim aramızda olmasa da, ruhən bizlərlə birlikdədir. Nə qədər ki, Azərbaycan var olacaq, Ulu Öndər də daima yaşayacaqdır.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa