!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilə bilər? - AÇIQLAMA

!Reklam – Yazi

“Heyvanı iri çəkidə satmaq, yoxsa az çəkidə satmaq qərarı sahibkara məxsusdur. O bir neçə aylıq olarkən satırsa, deməli, ona iqtisadi cəhətdən belə sərf edir. Çünki o heyvanı böyütmək üçün əlavə zaman itirir, yem məhsulları üçün əlavə pul xərcləyir”.

Yenicag.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, buna görə böyüyən heyvandan əldə edilən gəlirin rentabellik dərəcəsi daha aşağı olur:

“Odur ki, sahibkar heyvanı daha xırda olarkən satır və əvəzində yenisini böyüdür. Yəni, bir ildə X qədər iri heyvan satmaq əvəzinə, onu tez satıb yenisinə qulluq etməklə bir ildə kiçik olan 2X qədər heyvan satır. Bir sözlə, bunu bazar özü tənzimləyir. Dövlətin belə işlərə müdaxilə etməsi yol verilməzdir. Bu nəinki iqtisadi baxımdan doğru deyil, bunun həm də digər mənfi təsirləri olacaq. Belə ki, qadağalar quzu ətinin qiymətini kəsin artıracaq, şəffaflığa mənfi təsir edəcək, qəssabların, ictimai iaşə obyektlərinin yoxlanılması halları kəskin artacaq və onsuz da çətin olan KOB subyektlərinə daha pis təsir göstərəcək. Bu tip məsələlərin həlli yolu tam başqadır”.

Qeyd edək ki, Milli Məclisin ötən gün keçirilən iclasında çıxış edən parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsini, qadağaların qoyulmasını və cərimələrin tətbiq edilməsini təklif etmişdi.

www.yenicag.az

86
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv