Hikmət Hacıyev: Vətəndaşların bir qismi təyyarə göndərilən məqamda gəlməkdən imtina etdi

Pandemiya başlayandan bəri ilk reysimiz Macarıstanda olan tələbələrimizin Azərbaycana təxliyyəsi təşkil olundu.

Yenicag.az-ıın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ikinci reys isə iyul ayında təşkil olundu: “200-dən artıq vətəndaş qayıtmaq üçün səfirliklərdən qeydiyyatdan keçmişdir. Biz AZAL-a müraciət etdik və 200 nəfərdən artıq tutumlu reysin təşkil olunmasına qərar verildi. Reys açılanda, vətəndaşlara müraciət olunanda 100-120 vətəndaş bu reysdən istifadə ilə bağlı qərar verdi:

“Dövlət tərəfindən təyyarə göndərildi, amma vətəndaşların bir qismi təyyarə göndərilən məqamda gəlməkdən imtina etdi. Hətta bəzi tələbələrimizin xərclərini Diasporla İş üzrə Dövlət Komitəsi və səfirliklərimizin öz hesabına ödənilməsi ilə köməklik də göstərildi.

Vətəndaşlardan xahiş edirik ki, qeydiyyatdan keçdikdə, təyyarə göndərildikə qərarlarında dəqiq olsunlar”.