Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hindistan Aya çıxan 4-cü ölkə ola bilmədi – SƏBƏB

Hindistanın Aya çıxmaq üçün hazırladığı “Chandrayaan-2” kosmik raket eniş edə bilməyib. 

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, kosmik raket 22 iyul 2019-cu ildə “Satish Dhawan” Kosmik Mərkəzindən Aya göndərilib.

“Chandrayaan-2” ay yarımlıq yolçuluqdan sonra dünən gecə Ayın cənub qütbünə enməyə çalışıb. Ancaq Ayın səthinə yaxınlaşmağa 2 km qalmış kosmik raketlə əlaqə kəsilib.

“Chandrayaan-2” içərisində olan “Pragyan” robotu ilə Aya eniş edə bilsəydi, cənub qütbündə su axtaran ilk kosmik raket olacaqdı. Hindistan bu uğursuz sınağı ilə Sovetlər Birliyi, ABŞ və Çindən sonra Aya eniş edə bilən 4-cü ölkə olmaq fürsətini itirib.

Qeyd edək ki, təqribən 150 milyon dollara başa gələn “Chandrayaan-2” kosmik raketi həm Ayın cənub qütbündə su axtaracaqdı, həm də Ay səthindəki sarsıntıları ölçəcəkdi.

Firuzə Alimov

www.yenicag.az

1428