Hindistanda amansız yağışlar – 73 nəfər öldü

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında son 4 gündə daşqınlara və sürüşmələrə səbəb olan leysan yağışlar zamanı azı 73 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, ştatın yalnız şərq hissəsində son gün ərzində 84,2-dən 102,2 millimetrə qədər yağıntı düşüb. Bu, ilin müvafiq fəsli üçün normadan artıqdır.

Leysanlar həmçinin qonşu Bihar, Rajastan və Uttarakhand ştatlarına da zərər vurub. Sentyabrın 30-a qədər Şimali Hindistanın bəzi ərazilərində bütün məktəblər bağlanılıb.

Daşqınlar dəmiryol yollarını batırdığından bir sıra qatarların hərəkəti ləğv edilib.

COP29