Konserv məhsullarında KƏSKİN ARTIM: "Ətin qiyməti 16-17 manat olduğu üçün..."

media-hightechnic-468x90

Son günlər Azərbaycanda konserv məhsullarının satış qiymətində bahalaşma müşahidə olunur.

Məsələ ilə bağlı Yenicag.az-a danışan qida eksperti İlkin Şirinov qiymət dəyişikliyinin bir neçə əsas amillə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, ilk növbədə konserv istehsalında istifadə olunan xammalın – pomidor, müxtəlif tərəvəzlər, balıq və ət məhsullarının bahalaşması son qiymətə ciddi təsir göstərir.

Ekspert əlavə edib ki, qablaşdırma, etiketləmə və digər istehsal materiallarında baş verən qiymət artımı da konserv məhsullarının maya dəyərinə birbaşa təsir edir:

“Bir il əvvəl 10 manata alınan bir kiloqram ət əsasında hazırlanan konserv 3-4 manata satılırdısa, hazırda ətin qiyməti 16-17 manat olduğu üçün həmin konserv məhsulunun 6-7 manata təklif olunması təbiidir. Xammal bahalaşdıqca, ondan hazırlanan konservlərin qiyməti də artır”.

Ekspertin qeyd etdiyi digər səbəb isə idxalla bağlıdır. Onun sözlərinə görə, logistika və gömrük xərclərinin yüksəlməsi, xüsusilə xaricdən gətirilən konservlərdə qiymət artımını labüd edir:

“Logistika və gömrük xərcləri artırsa, idxal konservlərinin qiymətinin də yüksəlməsi qaçılmazdır. Bu, bazarda ümumi qiymət artımına səbəb olur”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa