“Hipp” yeməklərini ölkəyə gətirən sabiq deputatın firması məhkəməyə verildi

media-hightechnic-468x90

Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi sabiq deputat, biznesmen Aslan Cəfərova məxsus uşaq qidaları idxal edən “Diplomat-I” Firmasını məhkəməyə verib.

media-banner_tkm

Yenicag.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, firma 44 min manata yaxın vergi borcundan yayınmaqda ittiham olunur.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır. Cavabdeh qismində “Diplomat-I” firması və İsgəndər Qasımov tanınıb.

Xatırladaq ki, Aslan Cəfərov müxtəlif illərdə İqtisadi İnkişaf Nazirliyində və İstehsal Bazarına Nəzarət Dövlət Xidmətində işləyib. 2008-2010-cu illərdə “Diplomat-I” firmasının kommersiya direktoru olan Cəfərov 77 saylı Astara seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.

Həmçinin oxuyun: Alimpaşa Məmmədov həbsdə namaza başlayıb, şeir yazır

Qeyd edək ki, hazırda firmanın qanuni təmsilçisi sabiq deputatın atası Məmmədhüseyn Cəfərovdur. Firmanın ən məşhur brendi “Hipp” qidalarıdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05