Hitlerin 1941-ci ildə təyin etdiyi pensiya Belçikada hələ də ödənilir?

media-hightechnic-468x90

Almaniyanın Əmək Nazirliyi bəzi belçikalılara nasist qoşunlarında qulluğa görə hələ də pensiya ödənildiyi barədə Belçika KİV-lərinin yaydığı məlumatı yoxlayır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin nümayəndəsi Yarmila Şnayder bildirib. “Biz bu barədə aldığımız çoxsaylı jurnalist sorğularından xəbər tutmuşuq. Hələlik heç nə deyə bilmərəm, biz vəziyyəti aydınlaşdırırıq”, – Şnayder belə deyib.

Fevralın 19-da Belçikanın “DeMorgen” qəzeti nasist Almaniyası tərəfində döyüşən 27 belçikalıya və ya onların varislərinə 1941-ci ildə Adolf Hitlerin əmri ilə təyin olunan pensiyanın indiyədək ödənilməsi barədə məlumat yayıb. Qəzetin yazdığına görə, hazırda pensiyanın məbləği 425 avrodan 1275 avroya qədərdir./AZƏRTAC/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05