Hollandiya Çiliyə, İspaniya Avstraliyaya qalib gəldi
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Bu gün A və B qruplarının hərəsində üçüncü turun iki oyunu keçiriləcək.
B qrupunda Avstraliya İspaniya ilə qarşılaşıb. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyildi.
Sözügedən görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər görüşündə isə Hollandiya Çili yığmasını sınağa çəkib. Komandalar 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüşün nəticəsi də heç nəyi dəyişməyəcəkdi. Bu matçda isə Hollandiya 2:0 hesabı ilə qalib gələrək qrupdakı bütün matçlarda meydanı üç xalla tərk edib.
A qrupunda Kamerun Braziliya ilə üz-üzə gələcək. Afrika təmsilçisi qrupdan çıxmaq şansını itirib. Braziliyalılar isə 1/8 finala qrup lideri kimi çıxmağa çalışacaq.
Qrupun digər oyununda Xorvatiya və Meksika milliləri qarşılaşacaq. Hər iki komandanın 1/8 finala adlamaq şansı olduğundan oyun prinsipiallığı ilə seçiləcək. Qrupdan çıxmaq üçün Meksikaya heç-heçə sərf edirsə, Xorvatiya mütləq qalib gəlməlidir. A qrupunun görüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.