Homoseksuallara dəstək üçün bunu da etdi
Avstriyalı transseksual müğənni Konçita Vürst avstraliyalı həmkarı Tomas Növirtlə Brüsseldəki Avropa İttifaqının binası qarşısında mahnı oxuyub. Güclü yağışın yağmasına baxmayaraq, “Avroviziya”-nın qalibini dinləmək üçün binanın qarşısına yüzlərlə insan toplaşıb. İngilis mətbuatının məlumatına görə, “saqqallı kentavr” bunun konsert olmadığını Avropa İttifaqı ölkələrindəki homoseksuallara dəstək üçün təşkil edildiyini açıqlayıb. Növirt isə çıxışında hələ də Avropada homoseksualların evliliyinin normal qəbul edilmədiyi üçün narahat olduğunu vurğulayıb. O, yaxın gələcəkdə problemin həll ediləcəyinə ümidvar olduğunu deyib. Tamaşaçılar isə indiyədək heç vaxt Avropa İttifaqının binası qarşısından bu qədər gur alqışlar eşidilmədiyini Konçitanın diqqətinə çatdırıblar. (olaylar.az)