Türkiyə Milli Müdafiə naziri Hulusi Akar atəşkəs rejimi pozulduğu təqdirdə, yarımçıq qaldığı yerdən başlayaraq, Əsəd rejiminə zərər verilməyə davam ediləcəyini söyləyib.
Yenicag.az xəbər verir ki, Rusiya hərbi heyəti ilə keçirilən görüşlərdə böyük nisbətdə razılaşma əldə edildiyini qeyd edən H.Akar İdlibdə Türkiyəyə aid bütün hərbi birliklərin öz mövcudluqlarını davam etdirdiyini və mövqelərini qoruduğunu, geri çəkilməkdən söhbət belə getmədiyini vurğulayıb:
“Atəşkəs rejimi pozularsa, hücumlar davam edərsə, yarımçıq buraxdığımız yerdən başlayaraq onlara zərər verməyə davam edəcəyimizi söyləmişdik, söyləməyə də davam edirik. Hər kəs hər an hazırdır”.
Hulusi Akar Türk Hərbi Hava Qüvvələrinin İraqın şimalında MİT (Milli İstihbarat Təşkilatı) ilə koordinasiyalı olaraq həyata keçirdiyi əməliyyat nəticəsində KCK terror təşkilatının rəhbər şəxslərindən sayılan, biri qadın olmaqla beş terrorçunun zərərsizləşdirildiyini bildirib./Moderator/
www.yenicag.az