!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Humanitar yardım adı altında "SİYASƏT" - Beynəlxalq Qırmızı Xaç Komitəsinin İFŞASI

!Reklam – Yazi

Uzun zaman idi ki, Azərbaycan tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin fəaliyyəti ilə bağlı narahatlıqla çıxış edirdi. Rəsmi Bakı bu dəfə sənədləşdirməklə, videogörüntülər vasitəsi ilə BQXK-nin necə fəaliyyət göstərdiyini ortaya qoyub.

BQXK beynəlxalq hümanitar hüququn bütün müddəalarını pozaraq tərəf olduğunu göstərir. Ermənistandan Qarabağdakı separatçı rejimə məhsul daşıyır.

Ermənistan tərəfi iddia edir ki, Qarabağda hümanitar böhran var. Məsələ ondadır ki, BQXK-yə məxsus maşınlardan telefon, benzin, siqaret çıxır. Telefon, benzin və siqaret nə vaxtdan hümanitar böhran elementləri siyahısına daxil edilib? Bunun cavabını ancaq BQXK-nin Ermənistan nümayəndəliyi verə bilər.

İstər sülhməramlılar, istərsə də BQXK konkret olaraq tərəf olduğunu göstərir, separatçıların sifarişlərini yerinə yetirir. Hesab edirəm ki, rəsmi Bakı təkcə sülhməramlılara yox, BQXK-yə də Qarabağa Azərbaycan ərazisindən keçməyi tələb etməlidir. BQXK əgər tərəfsizdirsə, Qarabağdakı ermənilərə də hümanitar yardımı Azərbaycandakı nümayəndəliyi həyata keçirə bilər. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu o deməkdir ki, Azərbaycan ərazisində yaşayan insanlara da Azərbaycan nümayəndəliyi baş çəkməlidir.

Açıq şəkildə hiss olunur ki, BQXK-nin Ermənistan nümayəndəliyi tərəfdir. Bəzən rəsmi Bakını qınayırlar ki, niyə görə sərhəd-buraxılış məntəqəsini bağlayır. Rusiya sülhməramlıları silah daşıyır, BQXK telefon, siqaret, benzin, Ermənistan sərhəddindən isə atəş açılır. Belə olan halda sərhəd-buraxılış məntəqəsi niyə açıq qalmalıdır? Azərbaycan dünyada buna dözəcək nadir ölkələrdən biridir.

Sərhədçinin snayperlə vurulması müharibəyə səbəb idi, rəsmi Bakı buna getmədi, sülhməramlıların silah daşıması qovulmaya səbəb idi, qovmadı, BQXK-nin daşımaları da qaçaqmalçılıqdır və münasibətləri kəsmə səbəbidir, hələ ki, kəsməyib.

Hesab edirəm ki, rəsmi Bakı məsələni gözardı etməməli, beynəlxalq qurumlara müraciət etməlidir. BQXK də imicini yerlə bir edən Ermənistan nümayəndəliyi ilə bağlı tədbirlər görməlidir. Rusiya-Ukryna müharibəsi göstərdi ki, beynəlxalq hüquq və münasibətlər yalnız kağız üzərində qalıb. Bunu Qarabağ münaqişəsində də görürük.

Əgər beynəlxalq hüquq və qurumlar yalnız sənəd üzərində varsa, rəsmi Bakı da onlardan rahatlıqla imtina edə bilər. BQXK-nin Ermənistan nümayəndəliyinin Qarabağa girişi tamamilə dayandırılsa, buna təəccüb etməməliyik, heç beynəlxalq aləm də təəccüblənməməlidir.

İsmayıl Yusifoğlu

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv