Hüquq müdafiəçisi Hacı Məmmədova baş çəkəcək

media-hightechnic-468x90

11251485_1053819691314322_1654464273_nHüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədova baş çəkəcək.

Bu barədə azvison.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun özü məlumat verib.

Hüquq müdafiəçisi yaxın günlərdə müavini Elçin Şirinov ilə birlikdə MTN-in müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirəcəklərini bildirib: “Monitorinq zamanı orada saxlanılan şəxslərə də baş çəkəcəyəm, onların saxlanma şəraitləri ilə tanış olacağam. Hacı Məmmədovla da görüşməyə çalışacağam”.

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600