!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüquq müdafiəçisindən seçki AÇIQLAMASI: “Bu siyasətçilər parlamentdə yer almaya bilər”

!Reklam – Yazi

“İllərin təcrübəsinə sahib əsl siyasətçilər parlamentdə yer almaya bilər”. 

Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkiləri üçün prosesin gedişatı və rəqabət mühitinin necə formalaşdığı barədə fikirlərini bildirən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, aparılan monitorinqlər sayəsində hər dairədən 10 nəfər namizədin olduğu müşahidə edilir, bu isə narahatedici haldır.

“Siyasi fəallığı və təcrübəsi olmayan insanlar namizədliyini irəli sürüblər. İllərin təcrübəsinə sahib əsl siyasətçilər parlamentdə yer almaya bilər. Buna baxmayaraq, qəzetdə açıqlaması, mətbuatda adı eşidilməyən diletantların etdiyi iddia narahatlıq verir.

Bu gün bütün dünyada gərginlik müşahidə olunur. Bizdə elə parlament olmalıdır ki, emossiyalar ilə yox, millət və dövlət sevgisi ilə addımlar atsın. Yeni parlamentdə fikirlərini aydın deyə bilən, həm dövlətini, həm də millətini sevən insanların yer alacağına ümid edirik”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv