Hüquqlarımızı bilək

Əslində isə hər üçünün dedikləri istehlakçı hüquqlarına zidddir. Qanun istehlakçıya aldığı malı nəinki 1 gün sonra hətda 2 həftə ərzində dəyişdirmək və geri qaytarmaq hüququ verir.
Şahin Nağıyev : “Həmin malı ona uyğun lazımı keyfiyətli malla dəyişə bilər. Aşkar edilmiş qüsurun satıcı və ya istehsalçı tərəfindən aradan qaldırılmasını, eyni zamanda müqavilənin pozularaq ödədiyi məbləği geri ödənilməsini tələb edə bilər. Bu kimi istehlakçının hüquqları var”.
Ancaq vacib məqam odur ki, istehlakçı malı dəyişmək ya da qaytarmaq istəsə həmin yerdən aldığına dair sübutları olmalıdıdır.
Satıcılar isə bəzən alıcılar malları istifadə etdikdən sonra yarlığı bərpa etməklə malı qaytarmağa cəhd göstərdiklərini bildirirlər.
Əgər mal işlədilibsə, yaxud da hər hansı istehlak xassələrini itiribsə, onda mal nə dəyişdirilə, nə də qaytarıla bilər
Şahin Nağıyev: “Əgər istehlakçi bunu almiş və təyinatina uyğun olaraq istifadə etməmişsə yəni istehsalçının səhfindən hər hansı bir qüsür əmələ gəlibsə, artıq burada satıcı və istehsalçı məsuliyyət daşımır”.
Parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları kimi sayca 20-yə yaxın gigiyenik tələblərə həssas olan malları isə yalnız xarab çıxarsa dəyişdirmək olar.
Satış nöqtəsində tələbləri yerinə yetirilməyən vətəndaşlar 498-15-01 və ya 498-15-04 nömrələrdən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər.
(xezerxeber.com)