!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hüquqşünasdan sərt reaksiya: “Təranə Qumral atmacalarını niyə dayandırmır?”

!Reklam – Yazi

Təranə Qumralla Nazənin arasındakı qalmaqal səngimək bilmir.

Müğənni Nazəninin hüquqlarını müdafiə edən hüquqşünas, “Alter Ego” Hüquq Şirkətinin baş direktoru Heyrat Qarayev Yenicag.az-a açıqlamasında Qumralın hazırda məhkum olunduğunu xatırladaraq belə deyib:

“Bu qadın hazırda mübahisəli məsələyə görə məhkum olmasına baxmayaraq, atmacalarını dayandırmır. Qeyd edim ki, Təranə Qumralın əməlində cinayət tərkibi olduğu üçün o, istintaq orqanı tərəfindən təqsirli bilinib və ilk məhkumluğu, eləcə də himayəsində azyaşlı övladının olması nəzərə alınıb, məhkəmənin hökmü ilə 4000 manat cərimə cəzasına məhkum olunub. Onun bu məhkumluğu hazırda da qüvvədədir. Onu da əlavə edim ki, Təranə Qumral məhkum da olsa belə, Respublikamızın adından çıxarılmış məhkəmə qətnaməsinin icrası ondan tələb ediləcək. Yekun olaraq bildirim ki, məhkəmə Təranə Qumrala güzəşt edib, onu müəyyən müddətə azadlıqdan məhrum etməməsinə baxmayaraq, məhkum olması barədə hökm çıxarıb”.

Cəvahir

www.yenicag.az

3206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv