Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hüseyin Altınalan: "Bu çətin dövr birlik və həmrəyliyin ən çox ehtiyac duyulduğu bir dövrdür"

“Türkiyə dövləti və milləti əl-ələ verib, bu epidemiyanın təsirlərini və zərərlərini minimuma endirmək üçün birlikdə fədakarcasına, nümunəvi şəkildə səy göstərməkdədir. Bu çətin dövr birlik və həmrəyliyin ən çox ehtiyac duyulduğu bir dövrdür. Ölkə və vətən sevgisinin əsl göstəricisi, bu dövrdə nümayiş olunan davranışlardır”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Səfirliyinin mətbuat üzrə müşaviri Hüseyin Altınalan açıqlamasında deyib.

O, müharibədə canını verməkdən çəkinməyən millətinin belə çətin bir vəziyyətdə malını verməkdən də çəkinmədiyini bildirib:

“Əldə etdiyimiz məlumata görə, Milli həmrəylik kampaniyasının ilk iki günü bu addımlar atılıb:

İstanbul, Ankara və İzmirdə taksilərin fəaliyyəti məhdudlaşdırılıb.

39 yaşayış məntəqəsində karantin rejimi tətbiq olunmağa başlayıb.

569,549 min ailənin ehtiyacı ilə bağlı müraciəti yerinə yetirilib.

Səyahət icazəsi ilə bağlı müraciətlər elektron hökumət vasitəsilə edilir.

Fəaliyyətini məhdudlaşdıran və ya dayandıran bütün müəssisələrin qısamüddətli müavinət almaq üçün müraciət edə biləcəyi bildirilib.

Həbsxana əməkdaşları göstərilən müddətin sonunda evlərinə göndərilməyəcək, təcrid olunmuş yerlərdə qalacaqlar.

Hər hansı zərərə uğramış, şikayəti olan vətəndaşlar üçün hüquqi prosedurlar tam olaraq dayandırılmayacaq.

Dövlət bankları ailə üzvlərinin ümumi aylıq gəliri 5000 TL və ya daha az olan müştərilər üçün yeni kredit tətbiqinə başlayıb.

Kredit kartları üçün minimum ödəniş məbləği 20 faizə endirilib.

İstanbulda sərnişin daşınması ilə məşğul olan gəmi və bərə səfərləri dayandırılıb.

Milli həmrəylik kampaniyası prezident Rəcəb Tayyib Ərdoğanın 7 aylıq maaşını ianə etməsi ilə başlayıb.

Fərdi müraciətlər üçün son tarix 13 martdan 30 aprelə qədər dayandırılıb.

Apteklərin iş günlərində, eləcə də şənbə günləri saat 10.00 -18.00 arası açıq olmasına qərar verilib.

TBMM-də ziyarətçilərə qoyulan qadağa aprelin 30-dək uzadılıb.

2020-ci ildə dövlət qulluğunda çalışan açıq və ya köçürmə üsulu ilə təyinatı olacaq əlavə kadrların sayı müəyyənləşdirilib, 62 dövlət qurumları və onlara bağlı qurumlara 6219 təyinat səlahiyyəti verilib.

Ankarada taksi və servis vasitələri üçün pulsuz dezinfeksiya stansiyası qurulub.

Ümrədən qayıtdıqdan sonra karantinə alınan vətəndaşların təxliyəsinə başlanılıb.

Yerli süni tənəffüs aparatının sınaq görüntüləri ictimaiyyətə təqdim edilib.

Suriyanın şimalındakı əməliyyat bölgələrində hərbi birliklər üçün əməliyyat bölgələrinə giriş-çıxışla bağlı əlavə tədbirlər görülüb.

Türkiyə Respublikası Mərkəzi Bankı koronavirusun iqtisadi və maliyyə təsirlərinə qarşı pul köçürmə mexanizminin gücləndirilməsi, eləcə də mal və xidmətlə məşğul olan firmaların dəstəklənməsi istiqamətində əlavə tədbirlər görüb”.

www.yenicag.az

629