Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün baş tutan iclasında 9 fevral seçkiləri çərçivəsində 4 dairə üzrə nəticələri ləğv edib.
Yenicag.az xəbər verir ki, MSK-ya daxil olan şikayətlər əsasında 33 saylı Xətai birinci (lider namizəd Hüseynbala Mirələmov idi), 35 saylı Xətai üçüncü (Rauf Abbasov), 74 saylı Lənkəran kənd (Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan (Çingiz Qənizadə) seçki dairələrində səsvermənin nəticələri ləğv olunub.
Bununla belə, nəticələri dünən ləğv olunan dairələr və oradakı “lider namizəd”lərin adları MSK-nın saytında (Seçkilər İnformasiya Mərkəzi) yerləşdirilmiş ümumi siyahıdan hələ də çıxarılmayıb.
Bunun səbəbini aydınlaşdırmaq üçün MSK-nın məsul şəxsləri ilə əlaqə saxlamağa dəfələrlə cəhd göstərsək də, davamlı zənglərimiz cavabsız, qeyd olunan məsələ isə qeyri-müəyyən qaldı.
www.yenicag.az