!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hyundai” şirkətinin baş direktoru istefa verəcək

!Reklam – Yazi

“Hyundai Motor”un Direktorlar Şurası Çon Mon Qunu şirkətin baş direktoru vəzifəsinə yenidən seçməyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Beləliklə, Çon Mon Qu üç illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar martın 16-da vəzifəsindən ayrılacaq. Ancaq o, “Hyundai Motor Group”un İdarə Heyətinin sədri vəzifəsini icra etməyə davam edəcək. Hazırda Qunun 81 yaşı var.

Xatırladaq ki, fevralın əvvəlində Qu avtomobil sahəsindəki ən nüfuzlu mükafatlardan biri olan Avtomobil Şöhrət Zalına (ABŞ-da avtomobil texnologiyasına həsr olunmuş muzey) daxil olub. Ondan başqa, muzeyə cəmi 4 nəfər – “Ford Motor Company”nin qurucusu Henry Ford, “Mercedes-Benz”in yaradıcısı Karl Bents, Yaponiyanın “Honda Motor Company” və “Toyota Motor Corporation” şirkətlərinin təsisçiləri olan Soitiro Honda və Kiiçiro Toyoda salınıb./Report/

COP29

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv