"Yeni Klinika"nın yeni rəhbəri bəlli oldu - FOTO
“Yeni Klinika”nın direktor vəzifəsinə Qalib İmanov təyin olunub.
Yenicag.az Teleqraf-a istinadən xəbər verir ki, klinikaya rəhbərlik direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Qalib İmanova həvalə edilib.
Qeyd edək ki, “Yeni Klinika”nın direktoru Barat Yusubov dünən vəzifəsindən azad olunub.














