!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İbrahim Məmmədov «AzTV»-dən çıxarıldı – Yeni işə keçdi

!Reklam – Yazi

B9093029-AE22-4FAF-95CA-1E154A0C95D7_w268_r1Azərbaycan prezidenti İlham Əliyev İbrahim Məmməd oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

İbrahim Məmməd oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin.

***

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini vəzifəsindən azad edilən İbrahim Məmmədova yeni vəzifə verilib.

İ.Məmmədov “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib.

“Region TV”nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov məlumatı təsdiqləyib. Bildirib ki, İ.Məmmədov peşəkar televiziyaçı olduğu üçün kanal tərəfindən ona sözügedən vəzifə təklif edilib və o da təklifi qəbul edib.

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv